SOR MƏNİ...BƏNÖVŞƏDƏN
***
Yollarda sürünən çəni görməsən, Beş addım aralı önü görməsən, Bir sabah oyanıb məni görməsən, Xəbər al,sor məni dər, bənövşədən, Üstünə şeh düşmüş tər bənövşədən. * O yerlər vardı ya,güzarıma gəl, Eşq alıb satdığım bazarıma gəl, Bəlkə,ölmüşümdür,məzarıma gəl, Daşıma gül çiçək sər bənövşədən, Üstünə şeh düşmüş tər bənövşədən. * Sənin də bir zaman boynun bükülər, Sənin də həsrətdən bağrın sökülər, Sənin də saçına qarlar tökülər, Düzərsən zülfünə zər bənövşədən, Üstünə şeh düşmüş tər bənövşədən. *<>* |