QORXMA UÇ,QARANQUŞ
***
Rüzgar yulğunları yırğalayar,yovşanları qoparar kökündən, simsiyah buludları qovar gətirər, asar toprağın başı üstündən. Qorxarsan Qaranquş, həyəcanlı civiltilərinlə uçarsan,qanadların topraq qoxusunu duyarmış kimi, ən alçaqdan uçarsan. Təlaşın tüklərini yıkıyacaq yağmur damlalarının soyuqluğundan mı, siyah buludların doğduğu şimşəklərin gurultusundan mı, bəlkə,dimdiyinin daldığı cücülərin, böcəklərin qaçıb girdiyi çatların dərinliyindən mi... Təlatümlərin sardığı həp günəşin təbəssümünə süslənmiş göklərdə uçmağa nə var ki. Həfif quzey yellərinə qanad çalmaq, başı kolpan söyüdlərin salxım budaqlarında yellənmək nə hünər istər ki,səndən. Zatən,səni ucadan uçan görmədim! Cəsarət qartalları kimi gözümdə nöqtəyə dönmədin səmanın xəyalpərvərliyində. Acımasız rüzgarların geşt elədiyi bir bucaqda yuva qurmadın, cəsurluğun yalnız alçaq şilvərlərin sakinliyinə yetərmiş,demə. Yaramaz bir ev cocuğunun sol ayağına taxdığı halqadaydımı yaşamın zinəti...bəlkə. Yavrularını bir gün uçuracağın göklərin genişliyini,əzəmətini daş divarların duyğusuz sakinliyinə dəyişmək. Dəyər mi,Qaranquş, dəyər mi! * Bir gün səmanın qara buludları çəkilib gedəcək, mavidən də mavi, tərtəmiz olacaq səma. Öylə gözəl olacaq ki, uzun yolların qonşuluğunda qərib yolçuların susuzluğuna könül vermiş qoşa bulağın suyundan içirkən anidən baxacaqsan və duyacaqsan səmanın ənginliklərini, içində duyacaqsan qəlbindən bir ucu sonsuzluğa sancılan könül iplərində özgürlüyün əsrarəngizliyinə heyrət edəcəksən... və utanacaqsan bir zaman qorxduğundan, qorxub da alçaqdan uçduğundan utanacaqsan, firtınalarda,təlatümlərdə yağmurlarda uça bilməməkdən utanacaqsan... Qorxmaqdan utanacaqsan, Qaranquş! *** |