MƏN GÜZ ŞAİRİYƏM,XƏZAN ŞAİRİ
Şiirinizi Yazın
*** Yollar öylə uzaq,gözüm qaralır, Səbrimin hali yox,həmən daralır, Sözüm sətirlərdə solur,saralır, Mən güz şairiyəm,xəzan şairi. * Günəş isidəcək can mı var məndə, Əylən başıma bax,dümağ qar məndə, Çiçək saplağımda,tikən,xar məndə, Mən güz şairiyəm,xəzan şairi. * Göçüb durnalarım,tənha qalan mən, Gönül rübabını bəmdə çalan mən, Sən gerçək a dünya,yanlış,yalan mən, Mən güz şairiyəm,xəzan şairi. * Qələmi yazana çox görmə,Allah, Bu dəli ozana çox görmə,Allah, Məni bu xəzana çox görmə,Allah, Mən güz şairiyəm,xəzan şairi. *** |
Kalemin susmasın
____________________________Selamlar