0
Yorum
3
Beğeni
5,0
Puan
1018
Okunma
QADINLAR GÜNÜ
Q adınlar həyatın gülü-çiçəyi,
A rzuya, diləyə bağladır bizi.
D ünyanı zülmətdən azad edəcək,
I şıq tək bərq vurub, çağladır bizi.
N azına dözəndə gül kimi açır,
L alətək qızarır ətrini saçır,
A llanır yanağı, canından keçir,
R əhmi, imanıyla ağladır bizi.
G özündə dünyanın kədəri itir,
Ü zündə dünyanın sevdası bitir,
N arahat dünyanın kamına çatır,
Ü midsiz qalanda dağladır bizi.
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.