Bayatılar (manilər)
İncir ağ,üzüm qara,
Ağ sərim,düzüm qara. Yar yanında nə vaxtdı Olubdu üzüm qara. Düşdüm dağa,dərəyə, Meyil saldım əriyə. Sən gələsən,qəlbimin Nola buzu əriyə. Sel gəldi,çaylar daşdı, Həsrət mənə yoldaşdı. Ürəyimdə qəm-qüssə Özüm boyda bir daşdı. Az qalıb bahar-yaza, Özün çəkibdi naza. Özü gəlmir,gəlməsin, Barı bir məktub yaza. Nə vaxt gül dərdim ona?! Qalxdı bir dərdim ona. Yük üstündən yük oldu Mənim də dərdim ona. Gözləri süzər məni, Sanar qızıl-zər məni. Darıxsa,qapı-qapı Ərinməz,gəzər məni. |
Kutliyirem ürekten
Gönlün abad olsun
Allaha emanet olasın, sağlıcakla kalasın