YALNIZAM SƏNSİZ!
Gözüm uzaqlara baxıb yol çəkir
Hardasan mehmanım, yalnızam sənsiz! Xəyalın ruhuma min sığal çəkir Dərdimə dərmanım yalnızam sənsiz! Könlümü tək sənə verib qalmışam Yoluna ömrümü sərib qalmışam Sənsiz bu dünyada qərib qalmışam Hicrandır hər anım, yalnızam sənsiz! Gəl gör sevənlərin sənsiz neyləyir, Ürəyim yarpaq tək əsir, titrəyir, Hər yada düşəndə burnum göynəyir, Gözümdə leysanım, yalnızam sənsiz! Varlığıma səbəb, həm də yaraşıq Yoluma, ömrümə sən oldun işıq Yenə pəjmürdəyəm, keyfim qarışıq Ey nur-i əfşanım yalnızam sənsiz! Yollar haçalanır, ömür kəm-kəsir Sənsiz kimsəsizlər faniyə əsir Mən sənsiz yetiməm, mən sənsiz yesir Sahibim, sultanım, yalnızam sənsiz! Hicran da gözəldir, tacı vüsaldır Ya könlümə zuhret, çəhrəmi güldür Ya Haqqa varınca yanına aldır Mümkünmü fərmanım, yalnızam sənsiz! |
Çox gözeliydi şeir seven üreğin duyguları ne gözel yansıyıp dizelere
Qelamin susmasın eyvallah usta
_________________________________________Ata torpağıma salam olsun