Risalətgahımdımı?
Yenə mahzun ürəyim və səssiz iniltilər...
Bu həzin ney səsimi? Ya mənim ahımdımı? Hər notunda göz yaşı, sevgiliyə sunulan Məhəbbət bəstəsimi? Zikr-i səmahımdımı? Dərdim dərmandı mənə, nə gözəldir bu çilə! Üzüm qəm dəryasına, üzürəm bilə-bilə Püryan olmuş ürəyim, ərirkən sevdan ilə Nədir vüsalta mane? Cürm-ü günahımdımı? Bu eşqin sınağı çox, sidq-ü sədaqət istər Uğruna keçməyə baş, yolunda taqət istər Sənin sevginə mazhar olmaq ləyaqət istər Ləyaqətsiz olmağım zəif cinahımdımı? Sevdam sonsuzdur mənim, dinməz suz-i nalanım Bir lahza nəzər eylə, şərəfyab olsun canım Hər şeyimdən keçmişəm, məni məndən alanım Risalətgahımdımı? Cay-ı pənahımdımı? |
Seven üreyin çox gözel şeiriydi beyendim
qelemin susmasın
_____________________________________Salam