Cızma-qara
Lalələr dil açıb söyləyir nəğmələr
Etiraf edir gözlər,susur dodaqlar Yağışlar qonaq gəlib sevgi səhifəmizə Leysanlar da qopsa belə sevgi kitabımızda, Arzularda toxunar əl çatmaz ulduzlara. Saf hisslərim qələmin tərcüməçisi əllərimdir sənə uzanan körpülər Niyyətimiz səmimiyyətimizin şeiri İllərin yığılan həsrətidir sahilimiz Səssizcə gələn günəşsən, şüaların göz qamaşdıran Etirafın içdən gələn bir mündəricatdı Vaxt donubdur sanki həps etmisən qəlbinə İslanmış yağışlarda təbəssümlərimin xoşbəxtliyisən Ram olunmuş həyatda arzularıma gedən yolsan əfsanələrin yaratdığı sevgi paytaxtımsan Mənim sevgilim sən sanki cənnətin təbəssümüsən. |