Qarışıq cümlələr.Mənə bir yalan deyərsən həqiqətdən uzaq. Vicdandan qorxaq, səmimiyyətdən kənar Soyuq əllər ver üşütsün bədənləri Ruhunu təslim et divarlara ,tənhalığın rəsmini çəksin. Böyük şəhərlərin gülüşünü deyərsən Əəzab çəkər xarabaya dönmüş tənha kəndlər Ayaq izləri itmiş çığırlarıda otlar basır Hündür zirvələrdə əriməyən qarlardır günəşə rəqib. Köhnəlmiş xatirələr gözündə toz tutur,yaddaşın arxivində atılmış hisslər. Qocalan fikirlərdə vicdan köynəyinə sığmır Quruyan dərələrdə çaylarda lal olub Quruda intihar edən balıqlarda . Hündür mərtəbəli binalarda lovğalanır buraxmır günəşi şəhərə. Kölgələrdə üsyan edir izləmir insanları İşıqlarda qaranlıqda aydınlatmır uzaqları Səmimiyyətdə isinməkçün deyil daha yaxşı parıldamaq üçün geynilir Tozlu rəflərdə qışqırır ,sanki varlığını hiss etdirmək üçün Deyərsən çılpaq qayalarda dalğaları qovub yas saxlayır Tənhalıqdan yelkən açmış küləklərdə üşüməyə başlayır Qələmdə sətirləri üsyana boğur vərəqlərdə Nifaq toxumu əkir qanlı,qara torpaqlarda. Qanadlarda qaldırmır artıq ruhları Bezib cismlərdə , cəsədlər tək Dörd divarın arasında boğulan fikirlər kimi Şeirlərdə isitmir intahar edən gözləri. Deyərsən soyuq və özgə dalğalarda çağırır yağışları Ayaqlarda qaçışır mərhəmətli baxışlardan Gecələrdə ,gündüzlərə qarışır keçmişin bir gününü sevərək Dəli küləklərdə gətirəcək son baharın yarpaqlarını. |