DƏRDLİ
Ağlayaraq bu dünyaya gələndən
Hal pərişan,gözlər nəmli,dil dərdli. Bu dünyanı dərk eləyib biləndən “Baş bəlalı,ayaq yorğun,əl dərdli.” Qara rənglə yazılıbdı tüm yazım, Ömrüm qışdır,qalmayıbdır bir yazım. Hər halıma ortaq olub tək sazım, “Mizrab üzgün,pərdə pozuq,tel dərdli.” Çox ağırdır sinəmdəki dağım da, Hazır durmuş beş arşınlıq ağım da. Xəzan olmuş,vaxtsız solmuş bağım da, “Bağban ölmüş,bülbül ağlar,gül dərdli.” Şər dolanır gah sağımda-solumda, Ömür gedib,güc qalmayıb qolumda. Çox bəndləri aşa bilməm yolumda, “Zaman axşam,yolçu çaşqın,yol dərdli.” Kədər olub,qüssə olub,qəm payım, “Hay-hay” gedib,qalıbdı tək “vay-vay”ım. Əsrə dönüb ilim,günüm,hər ayım, “Günlər acı,aylar zalım,il dərdli.” Gəl əyləşmə sən nadanlıq taxtına, Diqqət eylə,Fəda,qalan vaxtına. Çox üzülmə,şükür eylə baxtına, “Bir sən deyil,daha neçə qul dərdli.” |
Beğenerek kutlarım.
............................. Saygı ve Selamlar...