QƏZƏL(Gözəllər seyrinə çıxdım...)
Gözəllər seyrinə çıxdım, bir gözələ mail oldum,
Şirin sözlər eşitdim çox, hər sözünə qail oldum. Hicran atəşi görmədim, tezliklə yetdim vüsala, İncitmədi çox da məni, hər istəyə nail oldum. Vuruldum zərif vücuda, əqlimi apardı başdan, Dolandım incə belinə, boynunda həmail oldum. Elə bildim sirrdir eşqim, bir kimsənin xəbəri yox, Eşqimi car çəkdi dünya,mənsə yatıb qafil oldum. Bu istəyə dönük çıxdım, uzaqlaşdı yarım məndən, Getdi ömrüm hədər yerə, saraldım, həm zail oldum. Qaldım divanə çöllərdə, Fəda, mən də Məcnun kimi, Əldən buraxdım Leylamı, heç bilmədən cahil oldum. |
Çok güzel diseler.
................. Saygı ve selamlar...