2
Yorum
3
Beğeni
5,0
Puan
866
Okunma

Qayalardan gələn su mənəm
Dağlardan dərilən çiçək mənəm
Dumanlardan azmış yollar mənəm
Ağaclardan bezmiş yarpaqlar mənəm.
İtmiş qəlblərdə arzu mənəm
Yalan sevgilərdə məhəbbət mənəm
Yol çəkən gözlərdə həsrət mənəm
Susan dodaqlarda üsyan mənəm
Yalanda mənəm,həqiqətdə mənəm
Bir qəlbdə gizlənmiş nifrətdə mənəm
Ölüm mənəm, kədər mənəm
Yaddaşı itmiş qəhər mənəm
Küçələrdə palçıqlı səkilər mənəm
Palçıqlarda addımlayan kədərlər mənəm
Yağışlardan qaçışan sürətli addımlar mənəm
Gizlədilən gözlərdə qorxaq baxışlar mənəm
Kiçik qəlblərdə böyük arzular mənəm
Böyük yollarda kiçik körpülər mənəm
Yazan mənəm,oxuyan mənəm
Öz şeirlərimdə təsəlli tapan mənəm.
5.0
100% (2)