Özgə sevgiyə möhtac deyiləm
Baxma ki, vüsala yetmədim inan,
Səni sevdiyimə peşman deyiləm. Əgər geriyə dönərsə zaman, Səndən başqasına möhtac deyiləm. Çünki şirinlikdə təkdir bu sevgi, Qəlbimin sevinci,qəmi bu sevgi, Oldu dodağımda gülüş bu sevgi, Mən özgə sevgiyə möhtac deyiləm. Q Ə L B Ə Q A R I Ş I M Yenə tək qalmışam ömür bağında, İstərəm sənsizliklə səndən danışım. Donur göz yaşlarım hey yanağımda, Xəyalın həmdəmim, könül sirdaşım. Hərdən diləyirəm gecə zülmətlə, Gündüzlər işıqla, nurla yarışım. Tənhalıq qışından qopub ayrılan İlıq sevgi olum, qəlbə qarışım. |