VÜSALA YETİŞMƏK ÜÇÜN
Yelkənli bir gəmi yaman tələsir,
Sahilə daha tez yetişmək üçün. Qağayı qanadla havanı kəsir, O tənha gəmiylə ötüşmək üçün. Üzürlər balıqlar onunla birgə, Biri al qırmızı, birisə qara. Buludlar üstünə salıbdır kölgə, Bilmir ki, üz tutub yol gedir hara. Dənizdə tufan var, şimşəklər çaxır, Səy edir gəmini qərq etmək üçün. Gəmisə özünü sulara çaxır Mənzil başına yetişmək üçün. Qarşıda işıq var, ümid işığı, Gəmiyə iradə, güc vermək üçün. Gəmiçi uzaqdan görüb işığı, Daha çox çalışır yetişmək üçün. O qara buludlar acı həsrətdir, Yaranıb gəncliyimi məhv etmək üçün. O tufan, şimşəklər aşılmaz səddir, Yarla görüşümü ləngitmək üçün. Qanadlı qağayı arzularımdır, Uçur ki, gerçəyə çevrilmək üçün. O yelkənli gəmi məhəbbətimdir, Tələsir vüsala yetişmək üçün. |
Qelemin susmasın
........................Salam