SEVDİYİMİN TƏRİFİ
Yeni bir məhəbbət,
yeni bir duyqu, Yeni bir həyəcan, yeni bir təlaş, Gözəl bir gecədə yorğun birinin ruhuna rahatlıq, dinclik gətirən gözəl bir uyku. Bürküdən dayanan xəstə ürəyə sərinlik gətirən bahar küləyi, Bu dünya nuruna həsrət gözlərin yeganə arzusu, görmək diləyi, Böyük bir səhranın kiçik parçası susuzluqdan yanan biricik qumun həsrətin çəkdiyi bir damla yağış. Ya qiş ortasında gözel bir bahar, Ya bahar içində bəmbəyaz bir qış. Hem çiçək üstünə çağrılan arı, Hem arı məhbubu gözəl bir çiçək, Həm elə çiçək ki, vətəni ürək. həm bulud üzünə həsrət bir səma, Həm elə səma ki, buludlar tək-tək az qalıb yağışa çevrilə, yer üzünə dama. Həm suyu qurumuş dərin bir dərə, Həm elə bir çay ki, önünə çıxanı qərq edir selə. Həm sevən könlümə ən incə naxış, gözəl bir bəzək, Bu gözəl dünyanı birlikdə gəzək. Ey mənim ömrümün məhəbbət tacı, Sənsiz hər şirin şey zəhərdən acı. Sevdim kainatı mən sən olaraq, Sahib çıx sevgimə sən mən olaraq. 02.05.2006 TUSİ AĞARƏHİM |