BU DÜNYANI KANDIRDILAR
BU DÜNYANI QANDIRDILAR
Göydən gələn nağılları, Beyinlərə doldurdular. Ərşə tərəf üz çevirib, Ədaləti qaldırdılar. Inancından dayanmadı, Insan oğlu fağırlaşdı. İnandıqca nağıllara, Güzəranı ağırlaşdı. Nağıl oldu bu dünyanın, Taleyinə yazılanlar. Xoşbəxtlik də gətirmədi, Doğru-yalan yozulanlar. Zənni-güman eylədilər, Ancaq haqqa çatmadılar. Bu dünyanın nəbizini, Idrak ilə tutmadılar. Başımızı aldatdılar, Metafizik baxışlarla. Insanlığı yürütdülər, Dərə-təpə, yoxuşlarla. Bu dünyanı qandırdılar, Olduğunun əksi kimi. Insanlığın xilaskarı, Guya Nuhdur, bir də gəmi. Mövcudluğu beyinlərə Var ol deyə yeritdilər. Təvəkkürü şüurlardan Yavaş-yavaş əritdilər. Iki təməl əsasında, Iki dünya yaratdılar. Birisini ağ eyləyib, Birisini qaraltdılar. Əbədi və fani dünya, Fərqli-fərqli ad etdilər. Bir əsası iki bölüb, Ruhu cismə yad etdilər. Beləliklə insanlığın, Kələfi də hey dolaşdı. Insan oğlu bu dünyanın Çirkabında çox bulaşdı 07.10.2019 |
təbrik edirəm