BU DÜNYA (qəzəl)
Bu dünya çoxumuzu əzaba salıb gedir,
Çoxunun ümidini əlindən alıb gedir. Yaxşıları gözlədim hər an həyat yolumda, Pisləri gördüm deyə,qanım qaralıb gedir. Qalmışam özüm kimi çarəsizlər içində, Nə qədər olsam mətin,ürək yuxalıb gedir. İllər ötür aramsız,dünya durmur yerində, Zaman amansız yaman,məndən öc alıb gedir. Vətənim paramparça,bir şey gəlmir əlimdən, Fikir-xəyaldan mənim rəngim saralıb gedir. Ürəyim çırpınırkən boş xəyallar içində Ümidlərim tükənir,sönür,azalıb gedir. Arzularım,istəyim bir-bir dirənir daşa, Ömür keçir mənasız,Fəda qocalıb gedir. |
Yüreğine sağlık, Alkışlıyorum kalemi.
Beğendim.
...................................... Saygı ve Selamlar...