ƏLVİDA
Mən səni sevirdim saf bir qız kimi,
Məni isidirdin alov,köz kimi. İndi soyumusan, sanki buz kimi, Qəlbimi ömürlük salmısan oda, Əlvida,vəfasız,sənə əlvida. Bir rəhmin gəlməyir mən qəlbi-zara Elə bil cismimi çəkmisən dara. Əhdini unudub,uyub əğyara Mənalı günləri vermisən bada, Əlvida,vəfasız,sənə əlvida. Sanırdım xoşbəxtik sənlə ikimiz, Sevgilə, firavan keçər ömrümüz. O sənli günlərdə qaldı sevgimiz, Bir də o günləri salma sən yada, Əlvida,vəfasız,sənə əlvida. Sənsiz yediyim də dönüb zəhərə, Üz-gözüm öyrənib yaşa,qəhərə. Məni atıb getdin başqa şəhərə, Yolunu gözlədim mənsə Kalvada, Əlvida,vəfasız,sənə əlvida. Qoyub bu yollarda mənim gözümü, İnan, aldatmısan özün özünü. Artıq eşitsəm də şirin sözünü, Bil ki,sözlərinə inanmır Fəda, Əlvida,vəfasız,sənə əlvida. KALVA-yaşadığım köyün ismi |