QƏZƏL
Yurdun sevənin qeyrəti, vicdanı Vətəndir,
Fikri, diləyi, həm ruhu, həm canı Vətəndir. Kimsə sürə gər ömrünü eşqi-Vətən ilə, Məcnun ola, bil, sevgili cananı Vətəndir. Xoş ömr eyliyib, kef çəkə qürbətdə, inan ki, Xəstə olanın məlhəmi, dərmanı Vətənidir. Yurdsuz, yuvasız gün keçirə dünyada insan, Son anda onun niyyəti, gümanı Vətəndir. Laylası ola bir nəfərin türkü, muğamat, Xor baxma ona, qəlbinə gir, qanı Vətəndir. Könlüm nə qədər yüksələ, hər ad-sana uymaz, Çünki bil onun şöhrəti, həm şanı Vətəndir.öyüm) Dünyada neçə dəbdəbəli məmləkət olsa, Yüksəkdə tutaq Azərbaycanı, Vətəndir. Olsan da, Fəda, cənnəti-behişti-uzaqda, Hərdən yada sal doğmaca Kalvanı, Vətəndir. MUĞAMAT-KLASSİK AZƏRBAYCAN MUSİQİSİ(MUĞAM) KALVA-mənim doğma kəndim(köyüm) |