DÜNYANIN SONUNA KİMİ
Nə gözəl yaradıb səni Yaradan!?
Qarşıma sən çıxdın bilməm haradan? Gəl səni götürüm çıxaq aradan, Gedək bu dünyanın sonuna kimi. Doğuşdan verilib hər bir zinətin, Yayılıb mahala şanın,şöhrətin. Gəl düşək ardınca biz həqiqətin, Gedək bu dünyanın sonuna kimi. Bilək qiymətini vaxtın,zamanın, Dadını çıxaraq hər xoşbəxt anın. Tutaq ətəyindən ulu Tanrının, Gedək bu dünyanın sonuna kimi. Rəvamı sənintək nazənin dilbər, Keçirsin ömrünü mənasız,hədər? Gəl sevək,sevilək ölənə qədər, Gedək bu dünyanın sonuna kimi. Fədakar çox sevdi bu gözü,qaşı, İstərsən,yolunda o verər başı. Gəl tök ətəyindən,a zalım,daşı, Gedək bu dünyanın sonuna kimi. |
SEMA DAAĞLI tarafından 2/1/2015 9:49:11 PM zamanında düzenlenmiştir.