2
Yorum
3
Beğeni
5,0
Puan
1107
Okunma

Xəyallar geriyə aparır məni,
Gəzib dolaşardıq güllü çəməni.
Bir dəstə bağlayıb tər bənövşəni
Döşünə sancdiğim yadıma düşdü.
Gül ətri gələrdi zərif buxaqdan,
Bir busə alardım incə dodaqdan.
Elə ki görəndə gəlir uzaqdan,
Yanına qaçdığım yadıma düşdü.
Həsrətli qalanda bircə öpüşə,
Deyirdim, nə ola hicran ötüşə.
Hərdən tələsəndə yarla görüşə
Hasardan aşdığım yadıma düşdü.
Getmir qulağımdan şirin sözləri,
Soyumur qəlbimin isti közləri.
Qarşıma çıxanda qara gözləri
Görəndə çaşdığım yadıma düşdü.
Gedib taleyimdən gül üzlü nigar,
Tutub yollarımı, Fəda, boran,qar.
Gözlərim yollarda, könül intizar
Gəzib dolaşdığım yadıma düşdü.
5.0
100% (3)