DUNYA IKI...
***
Dünya iki,tirələnib, Ərşi yer yer bərələnib, Cənnətki var,kirələnib.. . Daha ölməyə qorxuram. * Küsəm əli yalınlara, Susan gönü qalınlara, Möhür dəyən alınlara Baxıb gülməyə qorxuram. * Bərəkət nere çəkilmiş, Üzünə qara çəkilmiş, Bilənlər dara çəkilmiş... Koram,bilməyə qorxuram. * Gethaget dağdan geçmişəm, Zamanı çağdan geçmişəm, Şaşmışam sağdan geçmişəm, Dönüb gəlməyə qorxuram. * Quru yanir yaşın üstdə, Hakim qardaş başın üstdə Hak yazılıb daşın üstdə... Alıb silməyə qorxuram. *** |