MÜƏLLİM (ÖĞRETMEN) KİMDİR*** Müəllim kimdir?- bir şey bilən, bildiyini öyrətməyi bilə bilən, cahilliyi,nadan lığı lüğətlərdən silə bilən, etiqadı,əqidəsi uğrunda sa ölə bilən. * Müəllim kimdir?- Sabah üzü üfüqlərdə doğan Günəş, mərifəti,həqiqə ti yolu seçən insanların ürəyində yanan atəş. O,bir yaşam, o,bir həyat, ulduzları heç sönməyən bir Kainat... * Uca dağdır, meşələri yel aparar, dərələri sel aparar, qartal uçar zirvəsindən. * O,dənizdir, sahilləri öpüş alar ləpəsindən, səmanın mavi rəngidir, mahnı səsi,gül qoxusu... Susuz qalan dodaqlarda bir damla su! * O,MÜƏLLİMDİR! Nə gündüzlər dincələndir, nə gecələr dincələndir, yol göstərən,yol gedəndir, öyrənəndir,öyrə dəndir. Bir anadır-qayğıkeş dir, bir atadır-cəfakeşd ir. * Nə istədik onu verdi, Gözlərinin işığını, saçlarının qarasını, damarında qanı verdi. Köhnə,nimdaş paltarları qiymətini heç azaltmaz, o,bir qızıl,o,bir yaqut, o,bir almaz. Dili qabar söz deməkdən, bir ölkənin taleyinə məsul olub dediyini düz deməkdən hədəfdədir hər gün,hər an. Fikirləri dürlü dürlü, baxışları tamam sirli. Uzun uzu tarixlərdən keçib gələn ƏSL İNSAN-O MÜƏLLİMDİR. * Ey insanlar! Hər qalstuk taxanları "müəllim" deyib çağırmayın! Cahilləri,nadan ları, saxta diplom alanları, say bilməyən çobanları "müəllim" deyib çağırmayın! Halal gələn ruzisinə durub haram qatanları, nökər kimi ağaların qapısında yatanları, vəzifəsi bircə pillə qalxsın deyə yekələrin altına qab tutanları "müəllim" deyib çağırmayın! "Müəllim" deyib çağırmayın yekə,yekəqarınl arı, müftə yeyib millətinə göydən baxan harınları! * MÜƏLLİM ADI... Mən bu adın işığına illər boyu yol getmişəm, xalqdan aldım,haqdan aldım mən bu adı, haqetmişəm. Dəyərini,qiymət ini mən bilirəm, təmənnasız sayğısını hörmətini mən bilirəm, MÜƏLLİM adı mənim adım. (davamı) *** |