SEVDİYİM SƏN...SARIŞIN
***
(sonbahar şiirləri) * Hazan oldu,gönlüm yeri daraldı, Bizim köyün elmaları saraldı, Gözüm bakdı yollarına qaraldı... Dönər misin,gələr misin,Sarışın, Sevdiyim sən,bilər misin,Sarışın. * Bu dağların sanki,qarı gümüşdən, Saray tikdim,damı yarı gümüşdən, Kəmərinin halkaları gümüşdən, Nazik belə sarar mısın,Sarışın, Məni bari sorar mısın,Sarışın. * Ha sevsəm də çəkə çəkə dərdini, Öldürəməm gözlərimin qurdunu, Öylə şey ki,gönül istər ardını, Sınamışam neçə kərə,Sarışın, Baka baka,görə görə,Sarışın. * Var aşkına öldürürsən acından, Bircə qismət pay verəsən ucundan, Bəbəyinəm qoyma yerə qucundan, Kövrəlmişəm,ağl ayaram,Sarışın, Çocuklukdan son baharam,Sarışın . * Nə sevdalar ömrün ahıl çağında, Bişirirəm ürəyimin yağında, İtib getdi saçlarımın ağında, Sən bildiyin arzu,həvəs,Sarı şın, Bu qədəri deyilmi bəs,Sarışın. *** |
Bişirirəm ürəyimin yağında,
İtib getdi saçlarımın ağında,
Sən bildiyin arzu,həvəs,Sarı şın,
Bu qədəri deyilmi bəs,Sarışın.
***
Çox gözeldi usta severek oxudum
Ürex sesin susmasın
________________________________Saygılar