ANA HƏSRƏTİ
Həyatdan o qədər yorulmuşam ki,
Qara torpaqlara köçməyim gəlir. Elimçin o qədər darıxmışam ki, Yolları gözümlə ölçməyim gəlir. Ürəyimdə həsrət, ayrılıq dərdi, Hicran budağımdan məni də dərdi. Hərbi xidmətdəyəm, evim səngərdi, Düşmənin qanını içməyim gəlir. Burda kişi də var, üzüdönük də, Kimi yataqdadır, kimi keşikdə, Günləri keçirib uçuq-sökükdə, Yaxşını yamandan seçməyim gəlir. Qəlbimi yandırır ana həsrəti, Oğul axtarıram dana həsrəti. Görüm ki, alışa, yana həsrəti, Günləri gülləylə biçməyim gəlir. |
şiirinizin böcek almasına gerçekten sevindim. harfler farklı olsa da, duygular aynı. kutlarım.
...