MƏSTÜ HUMAR EYLƏMƏYƏ
***
Təbiət ruha gəlib fəslü bahar eyləməyə, Bağımın meyvəsi yox gərçi,nübar eyləməyə. * Mənə yar etmiş əta,həzmini gönlüm yapacaq, Dadacaq tamını həm,çünki qərar eyləməyə. * Bulmuşam ol gözəli,işvəsinə,nazına bax, Süzdürür gözlərini məşti xumar eyləməyə. * Düşmüşəm məclisinə,sarhoş olub sübhə qədər, Öpəcəm saçlarını qoysa,tumar eyləməyə. * Edirəm fəhmi xəyal həm əvvəli,həm axırı, Qəsdi var,mən bilirəm,Vahidi xar eyləməyə. *** |