SEVGİLİM SEYRANE GELENDE
***
Tökülür zülf üzünə,sevgilim seyranə gələndə, Oluram bülbülü mən baği- gülüstanə gələndə. * Piri mən loğmanı mən,eşqi bulub xəstəsi olmuş, Gündə bir naz eləyir dərdinə dərmanə gələndə. * Gecənin hikməti var,tər sinədə anlada bilsən, Doyurur zövqü onun əyyami- sübhanə gələndə. * Bir gözün,bir dodağın cürəti nə sirri faş etsin, Çəkəcək dərdi bu baş, qətlinə fərmanə gələndə. * Bilmədim,var demədim mən bu gözəl,hüsnü cəmalə, Vermədim haqqı payın almağa yar canə gələndə. * Kim qoyub eşqi miras,varisiyəm,valisiyəm həm, Vahidəm,mən Sabaham sorsalar ünvanə gələndə. *** |
Ne güzeldi mest oldum okurken
Yüreğin kalemin daim olsun
Saygılar selamlar hocam..........