BİR ÖMRÜN HEKAYƏTİ
***
Dünya,sənə bica düşdüm,bilmirəm, Hansı tənə necə düşdüm,bilmirəm, Gündüz düşdüm,gecə düşdüm,bilmirəm, Sevda adlı kor həvəsdə bulundum, Bir damlaydım,dar qəfəsdə bulundum. * Dörd ay geçdi,can verildi,duruxdum, Altı ayda acı çəkdim,karıxdım, Dokuz ayda vaxtım çatdı,darıxdım, Çölə çıxdım,heyrətimdən bağırdım, Heç bilmədim anam kimdi,çağırdım. * Üç yaşımda bağladılar belimdən, Yıxılırdım,anam tutdu əlimdən, Nə danışdım bal döküldü dilimdən, Çırtma vurub əl çalana oynadım, Həm doğruya,həm yalana oynadım. * Yeddi yaşda kandım,dərsə başladım, Hikmət ilə boğazımı yaşladım, Doğru nədir,barmağımı tuşladım, Naxış naxış zinət vurdum ağlıma, Kəlamlardan saray kurdum ağlıma. * On beşimdə içərimdən qaynadım, Anlamadım,nə caldılar oynadım, Qızılgülü tazə tərkən iynədim, Hayalımda qurub şahlıq tahtımı, Ha bəklədim açan aça bahtımı. * İyirmidə sevda mənə tuş oldu, Gönlum uçdu,səmalarda kuş oldu, Gecələrim,gündüzlərim hoş oldu, Şərbətimi bir nəfəsə içirdim, Nəfəsimi kəsə kəsə içirdim. * Otuzumda nələr düşdü eynimə, Evliliyi yük eylədim çiynimə, Nə bəyəndim onu taxdım əynimə, Həyat nəymiş,yavaş yavaş anladım, Səhv elədim,öz özümü danladım. * Qırx yaşımda həvəs gəldi canıma, Kimlık ruhum devr elədı kanıma, Mərifətim möhür vurdu şanıma, Sayğın oldum ərkanımın hatrına, Adabımın,imanımın hatrına. * Əlli yaşım hakdan ömür butası, Elə yaşdı düzəlməyir hatası, Son kapıdı dəstəyindən tutası, Açıb gördüm fələk baxır o yüzden, Tufan qopur, şimşək çaxır o yüzden. * Altmışımda nə tikmişdim,söküldü, Hazan dağı ürəyimə çəkildi, Yapraklarım birer birer döküldü, Həzin həzin ağlar oldum içimdə, Nəyim varsa saklar oldum içimdə. * Yetmişimdə ölüm məni hakladı, Bir oramı,bir buramı kokladı, Yola çıxdım,yarıyolda sakladı, Qəddim əydi,azar endi canıma, Nə dost gəldi,qardaş gəldi yanıma. * Bir gün oldu,fələk yumdu gözümü, Omuzlarda yola saldım özümü, Zaman sildi olan kalan izimi, Şəlil oldum,divarlara düzüldüm, Nokta nokta mezarlara çizildim. * Ömür yoldu,səyahəti var onun, Masalı var,hekayəti var onun, Bir gün bitər,nəhayəti var onun, Nə əvvəldi,nə axırdı, bilinmir, Kim yumurdu,kim baxırdı,bilinmir. *** |
Çok çok güzeldi hocam severek okudum
Yüreğine kalemine sağlık
Yürek sesin hiç susmasın
Saygılar