ANLAT MƏNİ
***
Ya şeytan ol, aldat məni, Ya insan ol, anlat məni, Ya Tanrı ol,əffeyləmə, Ya al məni,ya sat məni. * Ya zalim ol,bərbad elə, Ya məzlum ol,fəryad elə, Ya hakim ol,can mülkümü Ya dağıt,ya abad elə. * Ya mürşid ol,cəbrin olsun, Ya mürid ol,səbrin olsun, Ya şəhid ol,cihad için, Ya adın,ya qəbrin olsun. * Ya özün ol-mərdü mərdan, Ya füzun ol-şəbi hicran, Ya seyyid ol ənəlhəqqə, Ya dərviş ol,ya laməkan. * Ya Vahid ol,hakka düzlən, Ya abid ol.dağda gizlən, Ya canım ol,tərk eyləmə, Ya sən mən ol,ya mən də sən. *** |
Çok çok güzeldi severek okudum haz aldım
Yüreğine kalemine sağlık..............,
Yüreğin kalemin var olsun hocam
Yürek sesin hiç susmasın............
Saygılar..............