EŞQƏ QURBAN ETMƏ MƏNİ******** Vermişəm fərman eşqinə, Həm sirri pünhan eşqinə, O Rəhmi-Rəhman eşqinə Gəl,nagüman etmə məni, Eşqə qurban etmə məni. * Yanmazmıyım fərağından, Şişdim o bal dodağından, Bir busə ver yanağından, Əhli-hicran etmə məni, Eşqə qurban etmə məni. * Naleyi-ney nəva görmə, Hicri dərdə dəva görmə, Qəmi sorsam rəva görmə, Vəslü-yardan etmə məni, Eşqə qurban etmə məni. * Vahidəm,şansız qalmışam, Ölmüşəm,cansız qalmışam, Getmisən,sənsiz qalmışam, Dön.bağrı qan etmə məni, Eşqə qurban etmə məni. *** nagüman-ümidsiz fərağından-ayrılığından dəva-derman rəva-uyğun vəslü-yar-yarin vüsali * |