GÜCÜM YETMİR
*****
Güçüm yetmir... Səmaların qapısını açmağa, Həqiqəti, haqq olanı ordan alıb qaçmağa. * Gücüm yetmir... Olanları ipə sapa düzməyə, Yalan nədir, doğru nədir,bircə bircə çözməyə. * Gücüm yetmir... Dənizlərdən bircə dalğa qoparım. Alım göydən buludları uzaqlara aparım. * Gücüm yetmir... Yağmurların son ucunu bulum mən. Üfüqlərdən üfüqlərə göyqurşağı olum mən. * Gücüm yetmir... Dörd mevsimi bir bahara döndərim. Hər çiçəkdən dəstə tutub sevgilimə göndərim. * Gücüm yetmir... Özüm yazım taleyimi,baxtımı. İllərimdən geri alım o cavanlıq vaxtımı. * Gücüm yetmir... Saçlarımın qarasını qaytarım. Ötüb geçən günlərimin sırasını qaytarım. *** P.S Gücüm yetən bir qələmdir, Bir də ürək sözlərim. Bir də bəyaz vərəqlərdə Donub qalan izlərim. *** |