GÜMANIM YOXDUR
...........
Dağlardan o yana nə var, O yana gümanım yoxdur. Bir gün gələ yatan baxtım Oyana,gümanım yoxdur. * Xəyalımda bir alaçıq, Pəriləri açıq-saçıq, Gözüm bağlı,yolum açıq, Hayana? Gümanım yoxdur. * Nə çətinmiş susub durmaq, Saxta üzə naxış vurmaq, Günlərimi barmaq-barmaq Sayana gümanım yoxdur. * Bu alverin ziyanı var, O yanı var,bu yanı var. Qiymətini qoyanı var, Qoyana gümanım yoxdur. *** |