BAHARI GÖZLƏYƏN ADAM
*****
...İçimdə bir təlaş çöldə soyuq,qar, haçan qayıdacaq görən bu bahar? Ümüdim üzülür, səbrim tükənir, Gecikmiş bir sevda ölür içimdə. Sonun ucundayam... Bəlkə son dəfə... Öz dərdim özümə gülür içimdə. Qəm-qüssə könlümü almış cənginə. Ah,bahar gəlsəydi, gəlsəydi barı, keşgə,qayıtsayd ı durna qatarı. Əngin səmaların, dərin göylərin bir naxış vurardı mavi rənginə... ...Durub pəncərəmin önündə,müdam o boylu dağlara baxıb qalmışam. Orda uzaqlarda- zirvələrdə qar, burda masam üstə bom-boş varaqlar. Çiynimə tozunan bir əl olsaydı, üzümü oxşayan bir əl olsaydı, Bəlkə oyanardı duyğularım da. Daha səksənməzdim, sayaqlamazdım bir huzur tapardım uyğularımda. ...Boş otaq,dörd divar, çöldə soyuq ,qar, masamın üstündə bom-boş varaqlar. Könlüm də bom-boşdur varaqlar kimi. Hayana çəkirəm yola gəlməyir nadinc,söz qanmayan uşaqlar kimi. Bircə tez gələydi bahar,ilahi. Ruhumu sarmış o qüssə-kədəri sabahin yelləri alıb gedəydi. Hələ xəyalımdan itib getməmiş o gözəl,o dadlı, o sarışın qız pəncərəm önündən keçəydi bir də- bu xəstə könlümü çalıb gedəydi... ...Mənə bu dünyada təsəlli verən hər şeyə,hamıya -əlvida-dedim. Ölüb-dirilməyə hazıram artıq. Hazıram az-acıq umudum varkən torpaqdan cücərən toxumlar kimi təzədən doğulub böyüməyə mən. * |