SEVƏRSƏNMİ MƏNDƏN SONRA
*******
Pərvanəsən çıraqlarda , Pıcıltısan dodaqlarda, Get ol məndən uzaqlarda, Qayıtma heç çağırsam da, Ürəyimdə ağrısam da. *** Gözəllərin şahanəsi , Səhər erkən şeh danəsi, Qədərimin bir dənəsi, O da məndən aralıda, Vuran da mən, yaralı da. *** Əlim daraq saçlarına, Gül taxacaq saçlarına, Kim baxacaq saçlarına? Mən ölüb gedəndən sonra. Sevərsənmi məndən sonra? *** Ələndim bəxt ələyində, Sovruldum küləyində, Yer tapmasam ürəyində, Sənə vida edəsiyəm, Qəribliyə gedəsiyəm *** Karvan gedər tozu qalar , Yollar boyu izi qalar, Ürəyimdə közü qalar – Qalar həzin xatirələr, Gedən gedər, gələn gələr. *** |
kalemin daim olsun..saygıolarımla