TƏQİB
***
Təqib edirlər... İnsanlığı və onun içində olan hər şeyi. Ruhların sardığı bədənlərin hər əzasında bir bəkçi qoymuşlar sanki. Hər an hər anı təqib edirlər. Donmuş beyinlərdən qopan fikirlərin sınıları belə çizilmiş. Bir addım sağa- FƏLAKƏT. Bir addım sola- ÖLÜM. Saxlandığın hər yerdə gözlər, Bulunduğun hər yerdə qulaqlar var. Dəlikləri üfunət qoxan burunlarını soxduqları yerdən şeytan,hətta xəbərsiz. Yataqda belə uyumağa fürsət yox. Sıyrılmış qılınc kimi aranızdadırlar. Dilinin altına qoyduğun valerian tabletində ola bilirlər. İçdiyin suyun bir damlasında, yediyin çörəyin qırıntılarında, bəlkə... Rahatxanaların gözlüklərində bir casus gözü baxır,elə bil. Abır və həyanın, insan adına ləyaqətin lüğətlərdə qaldığına təəccüb edirəm. Son dayanacağa az, lap az qalmış, hələ də təqib edirlər. *** |