DÜNYANIN DƏRD YÜKÜ
*******
Yaşamaq həvəsim qalmayıb belə, Bu gen dünya mənə yaman dar gəlir. Köhnə günahımı yumamış,hələ Qarşıdan nə qədər günahlar gəlir. * Qəlbimlə duyuram hakkı,imanı, Ancak,hakk qapısın aça bilmirəm. Başımın üstündə allah amanı, Taleyin əlindən qaça bilmirəm. * Azıram gecənin qaranlığında, Dünyanın dərd yükü kürəyimdədir. Başım ağrıyardı cavanlığımda, İndi ağrılarım ürəyimdədir. * Daha isinmirəm sevgi oduna, Başımda saçımın ağı çoxalır. Sevdalı qızlar da salmır yadına, Dostlarım azalır,yadlar çoxalır. * Daha bu həvəs də o həvəs deyil, Oyanar yarımçıq,sönər yarımçıq. Daha bu nəfəs də o nəfəs deyil, Yoxuşa qalxmamış dönər yarımçıq. * Tale verdiyini almışam daha, Nöyütü qurtarmış çıraq kimiyəm. Mən özüm özümlə qalmışam daha, Yüyrükdə oynayan uşaq kimiyəm. *** köhnə-eski günah-suç tale-kader kürək-sırt nöyüt-yakıt,petrol çıraq-lamba özüm-kendim yüyrük-bebek için beşik |