BİTMƏYƏN GECƏLƏR 1-ci şeir
(şeirlər silsiləsi)
****** ***** Daha gecələri yatmayacağam. Uyumaq yaşamaq sayılmır,axı. Ağlımda heç səni tutmayacağam, Xəyalın mənimlə ayılmır,axı. * Nə qədər dərdim var,salıb içimə Kövrəlib içimdə ağlamışam mən. Bir damla göz yaşı dolub içimə. Onu sənin üçün saxlamışam mən. * Qəfəsdə bülbül də yuxuya dalır, Nə gönül,nə ürək...yatmır bu gecə. Əksin divarımda asılı qalıb, Əllərin əlimə çatmır bu gecə. * Sükut yırğalayır xatirələri, Ayın ayişığı gözümə düşür. Ayrılıb getdiyin o vaxtdan bəri, İzin gölgə kimi izimə düşür... * Surətin fikrimdə min hala dönüb, Qorxuram,əhdimə çatmayacağam. Hər gecə qoynunda vüsala dönüb, Daha gecələri yatmayacağam. *** |