"Yenə də iş otağım..."
"Yenə də iş otağım..."
Yenə də iş otağım... Yenə həminki hisslər... Qulağımı bezdirib Ürəyimdəki səslər... Yenə də iş otağım... Yenə dərdim,yenə mən... Dərdimlə birləşərək Mənə qarşı çıxmısan, Nə etmişəm sənə mən? Yenə də iş otağım... Yenə çətin suallar... Əl çəkmir ki yaxamdan Sənin üçün qurduğum O mücərrəd xəyallar... Yenə də iş otağım... Masamın üzərində Bir məktub var,saralmış... Hikmətə bax,İlahi... Kağızın da keçmişə “Xəyanəti” olarmış... Bir zamanlar o məktub Mənə ümid gətirdi... Dərd mənə güc gələndə Məktublar arxam oldu, Dərdlərimdən ötürdü... Yenə də iş otağım... Yenə də sənin adın... Dilimdə təkrarlanır... Mövzu səndən düşən zaman Sözüm bitmir, Durna kimi qatarlanır... Söyləyirsən:”Başqasın sev!” Oyundurmu həyat məgər? Hər ürəyi öz qəlbinə bənzədirsən, Daha bunu bilmirsən ki, Əsl ürək birin sevər... Yenə də iş otağım... Yenə həminki hisslər... Qulağımı bezdirib Ürəyimdəki səslər... Emin İbrahim |
"Yenə də iş otağım..."
Yenə də iş otağım...
Yenə həminki hisslər...
Qulağımı bezdirib
Ürəyimdəki səslər...
Yenə də iş otağım...
Yenə dərdim,yenə mən...
Dərdimlə birləşərək
Mənə qarşı çıxmısan,
Nə etmişəm sənə mən?
Yenə də iş otağım...
Yenə çətin suallar...
Əl çəkmir ki yaxamdan
Sənin üçün qurduğum
O mücərrəd xəyallar...
Yenə də iş otağım...
Masamın üzərində
Bir məktub var,saralmış...
Hikmətə bax,İlahi...
Kağızın da keçmişə
“Xəyanəti” olarmış...
Bir zamanlar o məktub
Mənə ümid gətirdi...
Dərd mənə güc gələndə
Məktublar arxam oldu,
Dərdlərimdən ötürdü...
Yenə də iş otağım...
Yenə də sənin adın...
Dilimdə təkrarlanır...
Mövzu səndən düşən zaman
Sözüm bitmir,
Durna kimi qatarlanır...
Söyləyirsən:”Başqasın sev!”
Oyundurmu həyat məgər?
Hər ürəyi öz qəlbinə bənzədirsən,
Daha bunu bilmirsən ki,
Əsl ürək birin sevər...
Yenə də iş otağım...
Yenə həminki hisslər...
Qulağımı bezdirib
Ürəyimdəki səslər...
Emin İbrahim
Üstadım bu güzel eser renkler dolayısıyla okunmuyor
Kalemine yüreğine sağlık
Selamlar severek okudum haz aldım...........