"Qızım,ağlama!""Qızım,ağlama!" Qızım,bu gün sənin toyun... Qızım,bu gün gözəl günün... Gör necə də böyümüsən, Çox yaraşır sənə gənclik, Bir mələyə bənzədibdir səni bu gün Ağ gəlinlik... Yadındamı hələ uşaq olan vaxtı, “Ata,mənim toyum nə vaxt olacaqdır?” sualını Tez-tez məndən soruşardın... Bəzən həsəd aparardın böyüklərə Bircə gündə böyüməyə çalışardın.... Ya da məndən küsərdin ki, İşə getmə... Mən də sənə qoşulardım... Oynayardıq... Nə zamansa bitəcəkmiş oyun,demə İndi artıq böyümüsən, Öz qəlbinin istədiyi insanı da Düz tapmısan.... Toy günündür... Çox xoşbəxtəm... Qıpqırmızı çiçək açıb qışım,yazım... Əmin,dayın,anan,bacın Gör necə də sevinirlər, Sən nə üçün ağlayırsan, Mənim qızım??? Bilirəm ki,unutmadın öz atanı... Daha da çox xatırladın ötən hər il... İndi isə çox ağlama Gözlərinin yaşını sil, Bu gün sənin Ağlamalı günün deyil... Elə bilmə atan yoxdu bu məclisdə, Heç mən səni belə gündə tək qalmağa qoyaramı? Yanındayam,mənim qızım... Əgər yenə şıltaqlıqla soruşsan ki,mən hardayam, Bax bu anda Gözünü yum... Əlini qoy ürəyinə Mən ordayam... Emin İbrahim |
Qızım,bu gün gözəl günün...
Gör necə də böyümüsən,
Çox yaraşır sənə gənclik,
Bir mələyə bənzədibdir səni bu gün
Ağ gəlinlik...
Yadındamı hələ uşaq olan vaxtı,
“Ata,mənim toyum nə vaxt olacaqdır?” sualını
Tez-tez məndən soruşardın...
Bəzən həsəd aparardın böyüklərə
Bircə gündə böyüməyə çalışardın....
Ya da məndən küsərdin ki,
İşə getmə...
Mən də sənə qoşulardım...
Oynayardıq...
Nə zamansa bitəcəkmiş oyun,demə
İndi artıq böyümüsən,
Öz qəlbinin istədiyi insanı da
Düz tapmısan....
Toy günündür...
Çox xoşbəxtəm...
Qıpqırmızı çiçək açıb qışım,yazım...
Əmin,dayın,anan,bacın
Gör necə də sevinirlər,
Sən nə üçün ağlayırsan,
Mənim qızım???
Bilirəm ki,unutmadın öz atanı...
Daha da çox xatırladın ötən hər il...
İndi isə çox ağlama
Gözlərinin yaşını sil,
Bu gün sənin
Ağlamalı günün deyil...
Elə bilmə atan yoxdu bu məclisdə,
Heç mən səni belə gündə tək qalmağa qoyaramı?
Yanındayam,mənim qızım...
Əgər yenə şıltaqlıqla soruşsan ki,mən hardayam,
Bax bu anda
Gözünü yum...
Əlini qoy ürəyinə
Mən ordayam...
Emin İbrahim
Kutlarım üstadım toyunu bayramını,
Çok güzel dizelerdi okudum bir babanın kızının toyunda yazması güzeldi
Severek okudum, yüreğine sağlık.......
Axşamın xeyir, gardaş