"Təsəlli..."
"TƏSƏLLİ..."
Mənim təsəllilərim- Məni yaşadan nəfəs... Əgər təsəlli varsa, Qorxu əbəs,dərd əbəs... Sən getmisən... Amma heç Ağlamıram, Görəsən, Hansı qüvvədir axı, Belə saxlayır məni? Nəhayət ki,anladım: “Bir gün dönüb yenə də gələrsən” təsələsi Hələ saxlayır məni... Mənim təsəllilərim- Çox uca zirvələrdə Donub qalan, Heç zaman Əriməyən qarımdı... Nə xoşbəxtəm,İlahi.. Məni tənha qoymayan Təsəllilər varımdı... Çiçək əkdim.. Su verdim... Çox çalışdım onunçün. Amma soldu, Bir anda Gözdən itdi, yox oldu... Tükənmədim. Nə olsun,hər şey olar, Həyatdı.. “Birini də əkərəm,qurumaz!-təsəllisi Məni yenə yaşatdı... Mənim təsəllilərim- Kəsilməyən Səsimdi. Sən sevməsən də məni, Allah məni çox sevir O qədər çox sevir ki, Lap yüz ildə yaşasam Yenə mənim bəsimdi... Mənim təsəllilərim- Məni yaşadan nəfəs... Əgər təsəlli varsa, Qorxu əbəs,dərd əbəs... Emin İbrahim |