Bircə yolumuz var..
Bircə yolumuz var...
Yolumuz zцlmяtdi gedя bilmirik, Bircə yolumuz var,ayrılaq gərək. Axırı həsrətdi gedə bilmirik, Bircə yolumuz var,ayrılaq gərək. Qəlbimə alovlar salıblar,gülüm! Hissimə,fikrimə dalıblar,gülüm! Mənə başqasını alıblar,gülüm! Bircə yolumuz var,ayrılaq gərək. Qəlbə qan ağladıb piylənir zaman, Zamanın işindən iyrənir zaman, Bizi ələ salıb əylənir zaman, Bircə yolumuz var,ayrılaq gərək. Dağılıb bu esqin isti yuvası, Dəyişib dünyanın isti havası, Daha görüşməyin yoxdu faydası. Bircə yolumuz var ayrılaq gərək. Bu dərd çox böyükdü,həkim istəmir. Bu dərd bir dustaqdi,hakim istəmir, Nə sizdən,nə bizdən heç kim istəmir, Bircə yolumuz var,ayrılaq gərək. Avqust 2010 |