İndidən öyrənmə mənə...İndidən öyrənmə mənə... İndidən öyrənmə mənə... Səbr elə,hələ çox erkən... Mənə öyrənməyə tezdi, Əvvəl dərd çəkməyi öyrən... İndidən öyrənmə mənə... Mənim neçə anlaşılmaz xəyalım var, Ürəyimin hələ cavab tapmadığı Müəmmalı sualım var... İndidən öyrənmə mənə. İndidən öyrənmə mənə... Səndən niyə gizlədim ki, Kim ki mənə öyrənmişdi, Kim ki “sevdim”-söyləmişdi, İndi yaxın durmur mənə, İndi uzaqlardan baxır, Sən də belə olacaqsan, Bezəcəksən əvvəl-axır... İndidən öyrənmə mənə... Mənim özüm boyda dərdim, Özüm boyda əzabım var... Kim ki mənə öyrənmişdi adın yazdım, Nə az,nə çox: Üçcilidlik kitabım var. İndidən öyrənmə mənə... Demirəm ki,”salam vermə”, Demirəm ki,”uzağa get”, Yalnız bunu söyləyirəm: Nə qədər ki tezdir hələ, Ürəyinlə ağlını üz-üzə qoy Düşün yenə... Səbrli ol,çox tələsmə, İndidən öyrənmə mənə... Emin İbrahim |