"Tənha ata"
Həm oğlu,həm də qızı olan bir bədbəxt atanın məzarı hələ də başdaşısız qalıb.
Bir zamanlar Ürəyinin hər küncünü Zəbt etmişdi xoş arzular... İşləmişdin,qazanmışdın.. Ömrü bu cür keçirərək Allahından bircə xoş gün Almağa da yubanmışdın... Oğul oxut,qız ərə ver, Hələ hərdən göz yaşı tök... Dilə gəlsin duğuların... Ömrü boyu işləsən də Amma yenə Bitmədi ki,qayğıların... Oğul indi çox böyüyüb... Gör nə qədər böyüyüb ki, Sənə “Ata” deməyə də Ehtiyacı yoxdu daha... Əvəzində yoldaşının atası var Səndən əziz,səndən baha... Çox toxunur ürəyinə gördüklərin, İstəyirsən öz oğluna sözlərini çatdırasan. O dinləmir... Sözünü də tez-tez kəsib “Qurtar!”-deyir... Hələ sonra əsəbləşib şillə vurur, Adına da “kaftar” deyir... Yataqdasan,dərmanın da alınmayıb... Ümid qalıb Əzrailə... Nə oğul yox,nə də ki qız... Amma hələ Sən onları düşünürsən... Ən dəhşətin sən görmədin,bədbəxt qoca... Öldüyün gün ovladların ağlamağı ar bildilər... Məzarının üstündə də dayanmayıb “Çox soyuqdur”-söyləyərək tez gəldilər... Budur həyat... Kimisinə övlad verir, Bir övlad ki,adı “övlad”,özü alçaq... Bir “övlad” ki,ürəyi daş,gözləri qan... Xəcalət çək,belə övlad, Ürəyində varsa əgər,azca vicdan... Hərdən gedib məzarını ziyarət et... Bir baş daşı al onunçün... Qoy itməsin qaranlıqda.. Diri ikən çox utandı... Heç olmazsa Ölü ikən utanmasın məzarlıqda... Emin İbrahim |