"Yağma,ay qar!"“Yağma,ay qar!” Yağma,ay qar! Yağma bir də... Sən yağanda yenə qəlbim Qonaq olur “Keçmiş” adlı Böyük dərdə... Yağma,ay qar! Yağma bir də... Bu dünyanın günahları yenə səndə gizlənəcək... Ürəyimin bir yerində Məndən gizli Yeni sevgi bəslənəcək... Yağma,ay qar! Bir zamanlar Məndən uzaq Qaçıb gedən “hisslərimi” Ətrafıma Yığma,ay qar... Dərdim qara,eşqim qara... İstəmirəm bu dünyanın Ağ rəngini... Əgər qəlbim sevgi ilə döyünürsə, Donduraram o ürəyi, Dəyişərəm Ahəngini... Yağma,ay qar! Yağma bir də... Elə bilmə soyuğundan çəkinirəm, Elə bilmə qorxuram ki,donaram mən... Sən yağdıqca keçmişimin səadətli günlərini Yada salıb anaram mən... Bunu isə istəmirəm... Söz vermişdim, Dünənimə nöqtə qoyub Sabah üçün yaşamağa, Həyatıma qənim olan Dərdlərimi həmişəlik “boşamağa”, Söz vermişdim... Yağma,ay qar! Yağma bir də... Uşaq vaxtı çox sevərdim yağmağını, İndi isə istəmirəm. Çünki əvvəl bu dünyanın işlərindən Xəbərim də yox idi heç... İndi isə hiss edirəm Bu dünyanın günahını örtmək üçün, Yağdığını... Neçə-neçə günahsızın haqq səsini Boğduğunu... Yağma,ay qar! Yağma bir də... Qoy nə varsa bu dünyada Dəyişməsin. Qalsın elə öz rəngində... Emin İbrahim |