"Ağ gəlinlik və bir qız..."
“Ağ gəlinlik və bir qız...”
Bir qız durub Ağ gəlinlik önündə... Onun üçün əlçatmaz bir xəyal olan Dona baxır. Çox qəribə baxışı var. Gözlərindən anlaşılmaz Həsəd dolu sevinc yağır... Ağ gəlinlik- Ağ günlərin şahidi... Ağ gəlinlik- Neçə-neçə toyların, Düyünlərin şahidi... Bir qız durub Ağ gəlinlik önündə.. İçin-için ağlayır. Qəribədir, Yumruq boyda ürəyində Dünya boyda dərdləri Görən,necə saxlayır? Həyat güclü... Həyat namərd... O isə tək... “Güclü”lərin qarşısında nə desin? Həyat qarlı... Həyat soyuq. Dərdlərini bürünüb ki, Üşüməsin... Bir qız durub Ağ gəlinlik önündə... Atası yox,anası yox... Ürəyi olmayanların Təm-təraqlı villası var... Onun isə ürəyi var, Koması yox... Bir qız durub Ağ gəlinlik önündə... Dua edir... Xəyal qurur... Xəyalında “Vağzalı”nın sədasıyla Gəlin köçür... Ay qızcığaz,qəm eləmə... Allah varsa,rəhmi də var. Bir gün gələr ağ gəlinlik Səninçün də qismət olar... Emin İbrahim |
“Ağ gəlinlik və bir qız...”
Bir qız durub
Ağ gəlinlik önündə...
Onun üçün əlçatmaz bir xəyal olan
Dona baxır.
Çox qəribə baxışı var.
Gözlərindən anlaşılmaz
Həsəd dolu sevinc yağır...
Ağ gəlinlik-
Ağ günlərin şahidi...
Ağ gəlinlik-
Neçə-neçə toyların,
Düyünlərin şahidi...
Bir qız durub
Ağ gəlinlik önündə..
İçin-için ağlayır.
Qəribədir,
Yumruq boyda ürəyində
Dünya boyda dərdləri
Görən,necə saxlayır?
Həyat güclü...
Həyat namərd...
O isə tək...
“Güclü”lərin qarşısında nə desin?
Həyat qarlı...
Həyat soyuq.
Dərdlərini bürünüb ki,
Üşüməsin...
Bir qız durub
Ağ gəlinlik önündə...
Atası yox,anası yox...
Ürəyi olmayanların
Təm-təraqlı villası var...
Onun isə ürəyi var,
Koması yox...
Bir qız durub
Ağ gəlinlik önündə...
Dua edir...
Xəyal qurur...
Xəyalında
“Vağzalı”nın sədasıyla
Gəlin köçür...
Ay qızcığaz,qəm eləmə...
Allah varsa,rəhmi də var.
Bir gün gələr ağ gəlinlik
Səninçün də qismət olar...
Emin İbrahim
Çok güzeldi yürekten dökülen dizeler üstad sevdim
Yüreğine sağlık,
Saygılar selamlar........... Ançak zemin kırmızı olduğu için yansıtıyor şiir okunmuyor bilgine.............