UNUT GETSİN
...Niyə belə tez küsürsən?
Bu ürəkdə,bu könüldə nəyim varsa,sənin oldu. Vermədiyim varsa,nəsə küsməyinə bəhanəsə, Unut getsin! Sən deməyi-danışmağ i xoşlayırsan, mən susmağı. Bu halimə küsdün yoxsa? Əgər özgə qəsdin yoxsa, Unut getsin! Mənim bəyaz köynəyimin naxışları, sənin güllü ətəyinə yaraşmırmış... Üzülmə heç, üstündən keç, Unut getsin! Bu küçənin yeri dardı. Yandan ötüb keçənlərin gözü səndə,gözü məndə. Nə günahım,nə günahın... Mənə baxan gözə baxma, hər deyilən sözə baxma, Unut getsin! Yanağında dodaq izi, saçlarında tumar yeri. Bir öpüşü dodağından qoparmağa fərasətim yoxsa,əgər, umu-küsü nəyə dəyər?! Unut getsin! Fərağına tutuşmuşam, əzab nədir,can çəkirəm. Sənə o üç kəlmə sözü söyləməyə can çəkirəm. Ürəyimdə varsa qərar, nə fərqi var, Unut getsin! Elə zərif çiçəksən ki, qoparmağa əlim gəlmir. Güllərindən dəstə tutub bağlamasam, toy gününə saxlamasam... Unut getsin! ...Mən sevgiyə inanıram, sən qədərə. Sevgi məndən,qədər səndən. Bu sevgidən bar olmasa, Tanrı bizə yar olmasa, Unut getsin! Unut getsin! |
sən qədərə.
Sevgi məndən,qədər səndən.
Bu sevgidən bar olmasa,
Tanrı bizə yar olmasa,
Unut getsin!
Unut getsin!
herşey kaderde..sevgiyi kısmet gibi önüne seren sadece o güçtür..yoksa insanlar robot gibi olurlar...göze güzel gösteren odur..
kalemin daim olsun esen kalınız..