Torpağ altda kimlər yatır?
Torpağ altda kimlər yatır?
Ağıl, kamal, dahi, alim, Zabit, zahid*, zamin, zalim, Elm dərya, eşit ey halim, Torpağ altda canlar yatır! Müdir, münsif, mürid, mürşid, Müğənni, pəhləvan Rəşid, Neçə - neçə qəhrəman, igid, İlahi, ad - sanlar yatır! Yollar yoran yolçu, yorğun, Sücayətlə, Bəhmən, Duyğun, Molla Pənah, şair Vurğun, Şah əsərim, şahlar yatır! Qılıncladı, keçdi Qacar, Şücaəti cahanda car. Uzun Həsən, Şah Xətaim, Fateh Sultan, xanlar yatır! Vicvicə vicdan, nə vücud, Nə mötəbər, mömin mövcud, Orda müdir, nə münsif var, Zəvzək, zəvvar, zallar yatır! Hakim harda, kimdi məhkum? Nə hökmdar, nə hökm var. İşıqlı dünyadan məhrum Mərhumə, mərhumlar yatır! Hüseyn, hami, hazırcavab, Çalış qazan hər an savab, Nə çal, nə çap, aç gözün xap, Mərdi - mərdanələr yatır! ~~~~~~~~~~~~~~~~~~~~~ * - zahid – tərki-dünya mənasında. 11.11.2012-ci il |