Nə gözəldi “eh”li dillər
Nə gözəldi “eh”li dillər
Biri qıpqırmızı, biri sapsarı, Birisi sarımtıl, biri dağ qarı, Biri bənövşəyi, biri narıncı, Nə gözəldi şehli güllər, çiçəklər! Göyqurşağı zehli–zehli, gün, güney, Quzqulaqlı, qulançarlı yaz quzey, Bir badə mey, bir naləli, yanıq ney, Nə gözəldi mehli çöllər, çəmənlər! Hüseyin də quzu kimi mələr hey, Kaş olaydı gözlərim kor, qulaq key, Qopar qanar, qövr eləyər yaram ey, Nə gözəldi “eh”li dillər, diləklər! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 13.11.2012-ci il |
Nə gözəldi “eh”li dillər
Biri qıpqırmızı, biri sapsarı,
Birisi sarımtıl, biri dağ qarı,
Biri bənövşəyi, biri narıncı,
Nə gözəldi şehli güllər, çiçəklər!
Göyqurşağı zehli–zehli, gün, güney,
Quzqulaqlı, qulançarlı yaz quzey,
Bir badə mey, bir naləli, yanıq ney,
Nə gözəldi mehli çöllər, çəmənlər!
Hüseyin də quzu kimi mələr hey,
Kaş olaydı gözlərim kor, qulaq key,
Qopar qanar, qövr eləyər yaram ey,
Nə gözəldi “eh”li dillər, diləklər!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
13.11.2012-ci il
Ne gözeldi gardaşımın yazdıxı güller
üreğine saxlık gardaş........ xoş gelipsen epeydi yoxdun
Axşamın xeyir...... Saygılar