Gönlü aydın bir kişiye kul olmak, padişahların başına taç olmaktan iyidir. (mevlana)
huseyn
huseyn

ÖVLAD SEVGİSİ

Yorum

ÖVLAD SEVGİSİ

( 1 kişi )

1

Yorum

0

Beğeni

5,0

Puan

1971

Okunma

ÖVLAD SEVGİSİ

Rəşid Faxralı

ÖVLAD SEVGİSİ

(poema)

Hər ata qızının sağlamlığı naminə həyatını təhlükəyə atırmı? Hər ata balasının yaşaması üçün böy¬rə¬¬yini ona verirmi? Ata nə qədər böyük ürək yiyəsi olmalıdır ki, donor böyrəyinə etibar eləməsin, gö¬zü¬nün nuru bildiyi ciyərparasına məhz öz böyrəyini versin! Övlad sevgisinin qüdrətinə bax! İnsanlıq meyarı, mənəviyyat timsalı olan İsmət Abasovun duyğularını belə yaşadım...

Tanrı mərhəmətindən
Güc alan sevgidir bu!
Tanrının dərgahına
Ucalan sevgidir bu!

Sellər kimi çağlayıb,
Şər-xatanı haxlayıb,
Yamanlığı dağlayıb
Bac alan sevgidir bu!

Amansız aman ilə,
Yozumsuz güman ilə,
İnsafsız zaman ilə
öc olan sevgidir bu!

Ömürdən dərd daşına,
Dərd düşə dərd daşına.
Rəşidlərin başına
Tac olan sevgidir bu!


Bu elə sevgidi! Belə sevgini
İnamla, imanla dərk etməliyik.
Bu yerin üstündə, göyün altında
Bütün sevgilərə börk etməliyik.

Dünyanı qılıncla yarı bölənlər,
Böyük sevgilərə boyun əyiblər.
Elə ona görə insan oğluna
dünyaya tən gələn bəşər deyiblər.

İmanı kamilin hər bismillahı
Duyan ürəklərə təbərrik olub.
Tanrının lütfüdü, ata sevgisi
övladın ömrünə üzərrik olub.


Bənövşə qoxuyan bu sevgiyə bax,
Ətri illər ilə azalmayacaq.
Könül xoşluğudu duyana, ancaq
güllər bu sevgini tanımalıdı.

Üzərrik misallı mərhəmət kimi,
Dünyanı yaşadan inayət kimi,
İllərə can verən mərhəmət kimi
Dillər bu sevgini tanımalıdı.

Ocaq əvəzidi, pir əvəzidi,
Ovsun əvəzidi, sirr əvəzidi,
Dünyanın gözünə nur əvəzidi,
İllər bu sevgini tanımalıdı.

Duyumsuz kəslərə görk olmalıdı,
Göm-göy göy üzünün göyqurşağıtək
Duyğusu korşlara börk əvəzidi,
Ellər bu sevgini tanımalıdı.

Gecə uzanırdı...Düşüncələrim
Ayın gözlərindən işıq içirmiş.
Görəsən o vaxtlar elə bu vaxtlar
İsmətin qəlbindən nələr keçirmiş?..

Ata:

Gözümdən asılan yuxularımı
Ürkək gülüşünlə biçirdik, qızım.
Yayın bürküsündə can sıxılanda
Şırın gülüşünü içirdik, qızım.

Pərişan könlümü Ay nur saçanda
“İrəvançuxuru” dilləndirirdi.
Qara tellərini sığallayanda
Bu təmas könlümü telləndirirdi.

Sən mənim əvəzsiz varım-dövlətim,
Sən mənim ziynətim, bir incimiydin.
Sən mənə Tanrının sevinc payıydın,
Gözümün nuruydun, Sevincimiydin.

Çəmənlərin çiçəyi,
Çiçəklərin ləçəyi.
Ləçəklərin göyçəyi
“Sevinc!”, “Sevinc!” deyirdi.

Budaqdan küsən külək,
Yarpaqlar üzən külək,
Üzdüyü yarpaqları
Yoluna düzən külək
“Sevinc!”, “Sevinc!” deyirdi.

Yoluna baxan yağış,
Yoluna yağan yağış,
Yol boyu axan yağış
“Sevinc!”, “Sevinc!” deyirdi.

Mənim ruhum idin, mənim ruhumu
ağrılar sıxırdı dan sökülüncə.
Canından üzülməz ağrılarını
gözümə yığırdı dan sökülüncə.

Göylərin gözləri dolurdu hərdən,
Gözümə baxırdı dan sökülüncə.
Sənin ağrıların yuxudan durub
canımı yaxırdı dan sökülüncə...


Ömrün çiçək vaxtında,
Çiçəyin ləçək vaxtında.
Hardan tapdı, necə tapdı
bu biçimdə qada səni?
Mənim balam, ağrı-acı
necə saldı oda səni...
Gümanların dumanına
bürünmüşdü ömrün yazı...
Sənin könül xoşluğunu
Dada-dada
bu yaşında gələn qada
Belə əziz bir ömürə
Mələklərin paxıllığı, ya qərəzi?
Qərəzliklə gözəlliyə etirazı?..

Əzəl gündən canıma ruh,
ruhuma can olan balam,
Səni tapan qada-bəla
Gizim-gizim gizildətdi
Can evimi ruhumacan!..

Axşam-səhər ürəyimə
Dərd toxumu əkirdi dərd.
Dərdin görünməz üzünün
qarasını gözlərimin
qarasına çəkirdi dərd.

Çək-çeviri daş əvəzi
yollarıma düzürdü dərd.
Ruhumun can ortağıydı,
ürəyimi üzürdü dərd.

Tərsə əsən yelə dönüb
varlığımda əsirdi dərd.
Mənim ata qürurumu
Doğrayırdı, kəsirdi dərd...

Günüm-ayım,
Yerə sığmaz hay-harayım
Yolda-izdə töyşüyürdü,
Ömrüm-günüm
Sazaq nədi, bürküdə də üşüyürdü.
Can evimə sığışmayan,
Yuxunda da üz-gözündən yığışmayan
naçar ruhum üyüşürdü...

Gecənin gecə vaxtı şirin yuxularını
ovunmayan nəfəsim titrədirdi meh kimi.
Ananın əllərinin sığalı tellərində
par-par parıldayırdı
səhərlər çiçək üstdə ələ dönən meh kimi.
Qardaşının baxışı baxışına düşürdü
bir qövsi-qüzeh kimi...

Neçə yerdə neçə ünvan...
Neçə həkim, neçə loğman
Mənim ürək döyüntümə
şahid oldu zaman-zaman...
Zaman-zaman dava-dərman...
Mənə zindan kəsilmişdi
başdan-başa Yer kürəsi.
Ruhu candan eləyirdi
dializin vahiməsi...

Gözlərimdə köz olurdu günüm-ayım,
Göy üzündən üzülmürdü hay-harayım,
Sıxılcımdan ağrıyırdı sevinc payım,
Təbib-loğman tapammırdı çarəsini.

Bacarsaydım göyü yerə ələyərdim,
Ulduz-ulduz Yer üzünə çiləyərdim,
Ağrıları ağrım ilə bələyərdim,
Təbib-loğman tapammırdı çarəsini.

Ruhumu da yandırırdı bir od-ocaq,
Duyurdum ki, ağrılarım dərd olacaq...
Hara getdik, nələr etdik biz də, ancaq
təbib-loğman tapammırdı çarəsini.

...Bir dan üzü qərarımı
pıçıldadım əsən yelə:
İndən belə
ümid ola biləmmərəm
gələn aya, gələn ilə...
Təsəllimi tapmalıyam
Sevincimə
özüm donor olmaq ilə!


Həkim düşünürdü...
Klinikada
Üzülən ümidim düyün düşürdü.
O biri otaqda Sevinc balamın
ağrılarını
Duyurdum, ürəyim əsirdi...Hələ
Cərrah dillənmirdi...Vaxt ötüşürdü...
Cərrahın qaşları çatıldı...Onda
Ümid çiçəyimin ləçəyi soldu.
Duyub ürəyimin döyüntüsünü
Gözlərimə baxdı, gözləri doldu.
Cərrahın qəlbindən nələr keçirdi? –
Baş-başa qalmışdı düşüncələrlə.
Dönməz inadımın əlindən tutub
skalpelə baxdı təbəssüm ilə...


Mənim Sevinc balam, mənim Sevincim,
Bizi xoşbəxtliyə sən yetiribsən,
Bizim könlümüzcə yaşamaq ilə.
Bizim ömrümüzə ömür veribsən,
Mənim böyrəyimi daşımaq ilə...


Dərdlə döyüşdü dünya,
Yoxsa üyüşdü dünya?
Heyrətə düşdü dünya,
Heyrət – ömür çırağın.

Göydən ulduz dərərsən,
Yollarına sərərsən.
Gözəl günlər görərsən,
İsmət – ömür çırağın

Müəllif:

Dünya çox kiçikdi...Bu böyük sevgi
Günəşlə yanaşı asılmalıdı.
Dünya mərhəmətlə yaşasın təki;
Bu sevgi sevgilər üzərriyitək
Tarix kitabına yazılmalıdı!

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Övlad sevgisi Şiirine Yorum Yap
Okuduğunuz Övlad sevgisi şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
ÖVLAD SEVGİSİ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Işık  Mehmetali
Işık Mehmetali, @isikmehmetali
4.8.2013 22:49:08
5 puan verdi
Ata:

Gözümdən asılan yuxularımı
Ürkək gülüşünlə biçirdik, qızım.
Yayın bürküsündə can sıxılanda
Şırın gülüşünü içirdik, qızım.

Pərişan könlümü Ay nur saçanda
“İrəvançuxuru” dilləndirirdi.
Qara tellərini sığallayanda
Bu təmas könlümü telləndirirdi.

Sən mənim əvəzsiz varım-dövlətim,
Sən mənim ziynətim, bir incimiydin.
Sən mənə Tanrının sevinc payıydın,
Gözümün nuruydun, Sevincimiydin.



O atayı ve şiir yazan usta qelemi salamlıyıram Allah şifa versin
Xoş gelipsen gardaş........................
© 2026 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL