Ey zəfər sancağım–Şanlı bayrağım !
Ey zəfər sancağım–Şanlı bayrağım !
Qələbə, zəfərlər, bu uğur sənin, Yol sənin, iz sənin, o cığır sənin, Səhərlər üzünə Gün doğur sənin, Mübarək növrağın, çal-çağır sənin, Ey zəfər sancağım – Şanlı bayrağım ! Başında bəd əsən, soyuq yellər var, Qeybətni qıranlar, qəliz dillər var, Dalınca daş atan, xain əllər var, Şükür, bu gününə sevinənlər var, Ey zəfər sancağım – Şanlı bayrağım ! Bayramda yarışlar, yürüşlərdən keç, Gələcək naminə öz yolunu seç, Sən sevil, əbədi könüllərə köç, Rəvayət söyləmir rənglərin də heç, Ey zəfər sancağım – Şanlı bayrağım ! Uğrunda can verən Şəhidləri gör, Yolunda qan tökən qaziləri gör, Qarşında diz çökən, öpənləri gör, Paxıllıq, xainlik çəkənləri gör, Ey zəfər sancağım – Şanlı bayrağım ! Üz çevir Allaha, Qurana doğru, Səcdə qıl yaradan, qurana doğru, Daima arxanda durana doğru, Yön çevir sən Türkə, Turana doğru, Ey zəfər sancağım – Şanlı bayrağım ! Alış məşəl kimi, sönmə bir daha, Bu yoldan qayıtma, dönmə bir daha, Qalx, ucal göylərə, enmə bir daha, Baş əymə düşmənə, əymə bir daha, Ey zəfər sancağım – Şanlı bayrağım ! Göy rəngin göynəyən göz yaşlarındı, Yaşıl rəng yüz illik bəlkə yaşındı, Qırmızı axan qan, qan yaddaşındı, Faxralı Hüseyn də can sirdaşındı, Ey zəfər sancağım – Şanlı bayrağım ! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 06.10.2022 11:05 |
Emeğini yürekten kutluyorum
______________________________________Selamlar